Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd olunub ki, hadisə səbəbindən prospektdən üzü mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub.