Goranboy yağan güclü yağış selə səbəb olub.
Teleqraf.com xəbər verir ki, sel rayonun Ağcakənd və Börü kəndlərində bəzi çətinliklər yaradıb.
Kəndlərin avtomobil yollarının bir hissəsi yuyulub, sakinlərin əkin sahələrinə ziyan dəyib.
Rayon Fövqaladə Hallar Komissiyasının rəsmiləri kəndlərə baş çəkiblər. Dəyən ziyanın hesablanması aparılır.
Hazırda Gəncə və ətraf bölgələrdə yağışlı hava şəraiti davam edir.