30 Avqust 2023 09:36
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Şöbənin cinayət axtarışı bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bayram İsgəndərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman əlindəki çantadan 1 ədəd atəşə yararlı avtomat, həmin silaha aid daraq və 5 ədəd 7.62 mm-lik patron aşkar edilib.

Götürülən maddi sübut ekspertizaya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər