Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com "Report"a istinadla Xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində (105-ci km-də) qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı minik avtomobili ilə “Toyota” markalı minik avtomobili toqquşub.
Nəticədə rayonun Böyük Həmyə kənd sakinləri - 1987-ci il təvəllüdlü Samit Bədəl oğlu Əmirov və onun oğlu 2019-cu il təvəllüdlü Elnur Samit oğlu Əmirli dünyasını dəyişib.
Qəza nəticəsində 7 nəfər yaralanıb.
İlkin məlumata görə, qəzaya düşən şəxslər məktəbli formaları almaq üçün Bakı şəhərinə gedirmişlər.