Türkiyənin Kırıkkale rayonunda güclü yağışların səbəb olduğu sel nəticəsində iki nəfər ölüb, daha dördü itkin düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Şiddətli yağış səbəbindən rayonda çaylar daşıb, bəzi yollar bağlanıb. İtkin düşənlərin axtarışı davam edir.
Əraziyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları, sahil mühafizə xidmətinin heyəti, yanğınsöndürənlər də cəlb olunub. Xilasetmə işləri davam etdirilir.