5 Sentyabr 2023 23:45
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər