Bakının Xəzər rayonunda dələduzluq faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində iyulun 26-da bir nəfəri aldadaraq 77000 manat dəyərində tərəvəz məhsulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əvəz Kərimov və Sərxan Hüseynov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.