13 Yanvar 2015 17:43
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlətin gücünü müəyyənləşdirən meyarlar baxımından Ermənistanı Azərbaycanla müqayisə etmək mümkün deyil”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, bir dövlətin digər bir ölkənin ərazisini işğal etməyə qadir olan ordu yaratmaq üçün insan ehtiyatı, maliyyə, iqtisadi gücü, hərbi-sənaye kompleksi, digər resursları və s. olmalıdır. Onun sözlərinə görə, bunlar Ermənistanda yoxdur.

“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bu məsələ ilə bağlı söylədikləri gerçəkliyi əks etdirir. Ermənistanın təkbaşına Azərbaycanın torpaqlarını işğal etməsi üçün gücü olmayıb və indi də yoxdur. Qərbdəki müəyyən dairələr konkret strateji məqsədlərini həyata keçirmək üçün Ermənistanın Azərbaycana qarşı təcavüzünü müəyyən pərdələr altında müdafiə etdilər. Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin bu gün dinc yolla həll edilməməsinin səbəblərindən biri də, məhz müxtəlif dövlətlərin regionda maraqlarının toqquşmasıdır” – deyə, M.Qasımlı qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər