16 Sentyabr 2023 00:12
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəydə 47 yaşlı kişi kimyəvi maddə içərək intihar edib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

Kənd sakini 1976-cı il təvəllüdlü Məhərrəm Mehdiyev kimyəvi maddə içib. Xəstəxanaya aparılan 47 yaşlı kişi həkimlərin müdaxiləsinə baxmayaraq tibb müəssisəsində ölüb.

Mehdiyevin hansı səbəbdən kimyəvi maddə içərək özünü zəhərləməsi məlum deyil. Faktla bağlı araşdırma aparıılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər