21 Sentyabr 2023 11:38
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi univermaq binasının bir hissəsinin çökmə ehtimalının olması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər