22 Sentyabr 2023 12:35
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Cəlilabad rayon prokurorluğundan bildirilib.

Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı həmin məktəbdə 8 oktyabr 2018-ci ildən 10 mart 2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər