26 Sentyabr 20:31
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəydə polis əməkdaşı yol qəzasında həlak olub.

Teleqraf.com xəbər verir ki, hadisə saat 17 radələrində qeydə alınıb.

Xidmət vaxtı “Niva” markalı avtomobillə hərəkətdə olan 27 yaşlı polis nəfəri Cahan Orucov qəza keçirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisə nəticəsində sürücü C.Orucov həlak olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com