27 Sentyabr 22:39
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuzda qarşısına at çıxan avtomobil qəzaya düşüb, xəsarət alanlar var.

Teleqraf.com xəbər verir ki, rayonun Kərimli kənd sakini 1960-cı il təvəllüdlü Teymur Möhöbbət oğlu Nurəliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub.

Nəticədə idarəetmədən çıxan avtomobil kanala aşıb.

Qəza zamanı sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Zarifa İzzatova Şaxsadinovna xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com