13 May 2014 13:03
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Erkin Qədirli REAL İdarə Heyətinin üzvüdür və üzvü olaraq da qalacaq".

Teleqraf.com-un məlumatına görə, bunu REAL İdarə Heyətinin üzvü Azər Qasımlı qurumun digər üzvü Erkin Qədirlinin REAL-ın Məclis sədrliyindən çıxarılmasına münasibət plaraq bildirib.

A.Qasımlı qeyd edib ki, REAL bu gün partiyalaşma dövrünü yaşayır və bir neçə aydan sonra nə Məclis olacaq, nə İdarə Heyəti: "Qərarımız isə yalnız Erkin bəyin REAL-ın proqramına zidd olan fikirlərin səsləndirməsinə görədir. Ölkəmizdə siyasi təşkilatların tarixində birinci belə hadisədir".

E.Qədirli ilə bağlı çıxarılan qərara münasibət bildirən gənc fəal Bəxtiyar Hacıyev bildirib ki, o, bir müddə əvvəl Erkin Qədirlinin REAL-dan uzaqlaşmaq istədiyi barədə eşidib: "Mənə demişdilər ki, Erkin Qədirli REAL-dan uzaqlaşmaq istəyir və ya onu uzaqlaşdırmaq istəyirlər. Ona görə də belə qalmaqallı çıxışlar olur ki, sonra bu addım üçün əsas olsun. O vaxt ciddi qəbul etmədiyimə görə heç soruşmadım da nə məsələdir, amma indi bu xəbəri görəndə yadıma düşdü".

Politoloq Elxan Şahinoğlu diqqəti Erkin Qədirli ilə Fransa prezidenti Fransua Ollandla görüşünə diqqət yetirib: "Erkin Qədirli mayın 12-də Fransa prezidenti Fransua Ollandla görüşür və elə həmin gün REAL Məslic sədrliyindən çıxarılır. REAL-ın bu qərarının Fransa prezidenti ilə görüşlə əlaqəsi varmı?".

Ruslan


Müəllif: