Türkiyə daxili işlər naziri Əli Yerlikaya nazirliyin binası yaxınlığında baş verən partlayışla bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, açıqlamada deyilir:
"Saat 09:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn 2 terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb".
***
11.32
Türkiyə Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmət İnönü Bulvarında səhər saatlarında partlayış və silah səsləri eşidilib.
Teleqraf.com xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis, tibb briqadaları və yanğınsöndürmə briqadaları göndərilib.
Partlayış səslərinin Daxili İşlər Nazirliyinin yaxınlığında baş verdiyi bildirilir. Bir çox məntəqələrə gedən yol bağlanıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.