13 May 2014 13:31
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda AŞ PA-nın Media üzrə alt komitəsinin iclası və media məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir.

Teleqraf.com xəbər verir ki, iclasda media azadlığı və etika məsələlərində, həmçinin media şəffaflığı və internetin tənzimlənməsində parlamentlərin rolu, Avropada media azadlığının qorunması, internetdə kiberterrorizm və genişmiqyaslı həmlələrlə mübarizənin gücləndirilməsi və digər mövzularda müzakirələr aparılır.

Milli Məclisin üzvü, AŞ PA alt komitəsinin sədri Sahibə Qafarova çıxış edərək Azərbaycanda media siyasəti ilə bağlı ətraflı məlumat verib. Deputat deyib ki, bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil KİV mövcuddur: “Dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaradıb. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılıb. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir”.

Azərbaycanda mətbuatın inkişafı, söz və məlumat azadlığının gücləndirilməsi istiqamətində mühüm qanunvericilik aktlarının qəbul olunduğunu xatırladan S.Qafarova əlavə edib ki, Azərbaycan KİV-in keyfiyyət və kəmiyyət göstəricilərinə görə MDB və Şərqi Avropa ölkələri arasında aparıcı yerlərdən birini tutur.

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan hökuməti Azərbaycanda ifadə və informasiya azadlığının təmin edilməsi sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və konstruktiv yanaşmaya əsaslanaraq əməkdaşlığı davam etdirməyə hazırdır və bu əzmdədir.

Səxavət


Müəllif: