8 Oktyabr 2023 17:37
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şənbə günü gecə Hindistanın cənubundakı Karnataka ştatında fişəng satılan mağazada baş vermiş yanğında azı 14 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Yanğın sözügedən ştatın inzibati mərkəzi Banqalorun Attibele rayonunda baş verib. Zərərçəkənlər yerli xəstəxanaya çatdırılıb.

Ölənlərin əksəriyyətinin mağaza işçiləri olduğunu deyən polis, qurbanların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlərin aparıldığını bildirib.

Mağaza sahibi sahibi yanğın təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər