“Azərbaycan Xəzər dənizi regionunda Avropanın iri neft təchizatçısıdır. Azərbaycan tezliklə bu qitənin iri və etibarlı qaz təchizatçısı olacaq”.
Teleqraf.com-un məlumatına görə, bu barədə “The National Interest” jurnalının saytında yerləşdirilən Avrasiyanın enerji bazarının rəqabət qabiliyyətliliyinə həsr edilən məqalədə məlumat verilir. Məqalədə həmçinin, Avrasiyanın enerji təhlükəsizliyində mühüm rolu olan Qazaxıstan, Rusiya və Türkmənistandan da söhbət açılır.
Məqalənin müəllifləri ABŞ-ın Qazaxıstan və Gürcüstandakı keçmiş səfiri Uilyam Kortni, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç və bu ölkənin Belarus və Gürcüstandakı keçmiş səfiri Kenent Yalovitsdir.
Səxavət