13 May 2014 13:06
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına rəsmi səfər edəcək.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində qonağın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinə ziyarəti planlaşdırılır.
Qeyd edək ki, səfər mayın 15-dək davam edəcək.
BƏXTİYAR

Müəllif: Teleqraf.com