Ötən gecə İranın Əlborz vilayətinin Kərəc şəhərində məşhur kinorejissor, yazıçı Dariuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Mohəmmədifər faciəvi şəkildə öldürülüblər.
Teleqraf.com xəbər verir ki, bunu Əlborz vilayətinin baş hakimi Hüseyn Fazeli deyib.
H.Fazelinin sözlərinə görə, məşhur kinorejissor və həyat yoldaşı şəxsi villasında naməlum şəxs və ya şəxslər tərəfindən kəsici-deşici alətlərlə öldürülüblər.
Fazeli əlavə edib ki, hazırda hadisəni törədən şəxslərin saxlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, 1939-cu ildə D.Mehrcuyi çəkdiyi filmlərə görə, bir çox mükafatlara layiq görülüb.