Kürdəmir rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.
Teleqraf.com xəbər verir ki,hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Əzimli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Hundai" markalı minik maşını "Mitsubishi" markalı maşınla toqquşub.
Hadisə nəticəsində Bakı sakini 18 yaşlı İsgəndərli Cavidan Faiq oğlu və rayonun Şıxımlı kənd sakinləri - 76 yaşlı Məmmədov Məhəmməd Əliəhməd oğlu, 42 yaşlı Məmmədov Aqil Məhəmməd oğlu və 48 yaşlı Eyyubova Ramilə Ağababa qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.