Sosial şəbəkələrdə hadisəni törədən şəxsin Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı olduğu bildirilir. Məlumata görə Orxan Hacılı qəza törətdikdən sonra qaçmış və əvəzinə başqa şəxsi hadisə yerinə göndərərək sürücü kimi göstərməyə cəhd etmişdir.
Müsavat başqanı Arif Hacılı məlumatı təsdiqləyərək bildirib ki, qəza nəticəsində xəsarət alan olmayıb: "Oğlum sərxoş olmayıb, hadisə yerindən qaçmayıb. Orxan qəzadan sonra iki dəfə polis idarəsində olub. Bir həftədir ki, sənədləri də ordadır”.
* * *
Bakının Yasamal rayonunda sərxoş olduğu deyilən sürücü qəza törədib.
Sosial şəbəkələrə yayılmış görüntülərə və şahidlərinin verdiyi məlumata görə hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.
Hərəkətdə olan “Honda” markalı avtomobil yüksək sürətlə təhlükəli manevrlər edərək hərəkətdə olan avtomobilə, daha sonra isə yol kənarında dayanmış daha 3 avtomobilə çırpılıb. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı və avtomobillərə ciddi ziyan dəydiyi bildirilir. Şahidlərin bildirdiyinə görə qəzanı törədən sərxoş sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.
/azerforum.org/