Zaqatalada zəhərlənmə hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, rayonun Aşağı Tala kənd sakini, 2008-ci il təvəllüdlü Aysun Hikmət qızı Mehdiyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.
Müayinə zamanı A.Mehdiyevanın yaşadığı evin həyətyanı sahəsindən göbələk yığıb yedikdən sonra zəhərləndiyi məlum olub.
A.Mehdiyevaya lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxanada davam etdirilir.