Gəncədə 17 yaşlı oğlanı maşın vurub.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
"Toyota Camry" markalı minik avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü E. Namazovu vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, hazırda E.Namazovun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.