Bakının Xəzər rayonunda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Əliquliyeva Minəxanım Nazim qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.