31 Oktyabr 2023 14:37
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər prokurorluğundan bildirilib.

Xəbər verildiyi kimi, iyunun 27-də Gəncə şəhər sakini Kamil Cəfərovun qəsdən öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Samir Hüseynovun tanışı Kamil Cəfərovu aralarında yaranmış mübahisə zamanı şəhərin Nəriman Nərimanov prospektində yerləşən kafedə bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Samir Hüseynova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər