2 Noyabr 2023 16:59
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan Çin Xalq respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Yuan Tiangangin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, bu ilin iyulun 14-də Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən yataqxanada Çin Respublikasının vətəndaşları arasında mübahisə baş verib. Nəticədə 1983-cü il təvəllüdlü Yuan Tiangang 1975-ci il təvəllüdlü Pan Yuan Liangı dəmir parçasıyla vuraraq ona bədən xəsarəti yetirib.

Yuan Tiangangin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər