Şabranın Ağalıq kəndində avtomobil piyadanı vuraraq öldürüb.
Teleqraf.com xəbər verir ki, toydan gələn Xaçmaz rayonu, Köhnəxaçmaz kənd sakini 1964-cü il təvəllüdlü Səfərəliyeva Nigar Qədiməli qızını yüksək sürətlə hərəkətdə olan "NİVA" markalı minik avtomobili vurub.
Nigar Səfərəliyeva hadisə nəticəsində yerindəcə dünyasını dəyişib.
Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.