5 Noyabr 2023 16:25
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ana və qızı yaşadıqları binanın doqquzuncu mərtəbəsindən yıxılıblar.

Teleqraf.com xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb.

Yaşadıqları evin balkonunda aynaları silən yeniyetmə qız ehtiyatsızlıqdan yerə düşüb. Son anda qızını xilas etmək istəyən anası da müvazibətini itirərək onunla birlikdə yıxılıb.

Hadisə nəticəsində ana dərhal ölüb, qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin saytımıza verdikləri məlumata görə, bədbəxt hadisə nəticəsində ölən ananın adı Pərvanə olub. Təxminən 35-40 yaşlı qadın müəllim imiş.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər