8 Noyabr 2023 16:15
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonundakı zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər