Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, noyabrın 14-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 36 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Bundan əlavə polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Noyabrın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 ədəd avtomat, 1 tapança, 13 qumbara, 7 qumbara alışdırıcısı, 17 patron darağı, 877 ədəd müxtəlif çaplı patron, 10 ədəd müxtəlif markalı ov tüfəngi və 4 ədəd süngü-bıçaq təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə 15 ov tüfəngi və 49 ədəd patron aşkar edilərək götürülüb.