17 Noyabr 2023 12:04
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail mediasının yazdığına görə, terror hücumuna cəhd İsrailin Bakıdakı səfirliyinə qarşı edilib.

Teleqraf.com xəbər verir ki, məlumatda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iranəsilli silahlı şəxsin hücumun qarşısını vaxtında almağı bacardığı vurğulanıb.

"Azərbaycan DTX səfirliyə soxulmağa cəhd edən şəxsi tərk-silah edib", - qeyd edilib.

***

09:03

Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.

M.H.Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər