20 Noyabr 2023 01:12
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 7 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, eyni əməliyyat Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də rayonda həyata keçirilib.

Nticədə bir nəfərdən müvafiq sənədləri olmayan tüfəng götürülüb, bir nəfər rayon sakini isə qanunsuz saxladığı odlu silahı könüllü olaraq polisə təhvil verib.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı isə mülki silahın saxlanılması qaydalarını pozan iki rayon sakini müəyyən edilib və onlar inzibati məsuliyyətə cəlb olunublar.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi, könüllü təhvil verilməsi və qanunsuz ov hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər