21 Noyabr 17:30
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayon polis şöbəsinə rayonun Köhnə Amankənd adlanan ərazisində silah-sursat tapılması barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 2 ədəd "F1" əl qumbarası, 2 ədəd "Kalaşnikov" avtomatı və 120 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 16 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını təhvil veriblər.

Ümumilikdə isə cari ilin əvvəlindən şöbə əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı 3 ədəd avtomat, 1 ədəd tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 101 ədəd müvafiq sənədləri olmayan ov silahı aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir


Müəllif: Hacı Zeynalov