19 Yanvar 2015 17:18
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı görülən tədbirlər təhsilin inkişafı və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin prorektoru Sahibə Qafarova prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın təhsil sisteminin inkişafı, sürətli inteqrasiya prosesini reallaşdırması üçün genişmiqyaslı islahatlar həyata keçirilir.

Millət vəkili qeyd edib ki, burada əsas məqsəd təhsilin keyfiyyətini artırmaq və təhsildə Qərb standartlarının tətbiqinə nail olmaqdır: “Son illər ərzində təhsil sahəsinə ayrılan böyük vəsaitlər hesabına bütün tədris müəssisələrinin maddi-texniki təminatı xeyli dərəcədə yaxşılaşıb. Bütün ali məktəblərin müasir texnika və avadanlıqla təchiz olunması üçün xeyli iş görülüb. Təhsil sahəsində çalışanların əməkhaqlarının artırılması, sosial problemlərin tədricən aradan qaldırılması, təhsildə neqativ halların qarşısının tam alınması üçün imkan yaradıb”.

Səxavət


Müəllif: