25 Noyabr 2023 10:35
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba Rayon Polis Şöbəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, qanunsuz kömür istehsal edən şəxsin rayonun Rustov kənd sakini Hafiz Bayramov olduğu müəyyənləşib. Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər