13 May 2014 16:25
1 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Fransua Ollandla görüşən REAL İdarə Heyətinin üzvü Erkin Qədirli görüşdən razı qalmayıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycana səfəri çərçivəsində F.Olland müxalifət nümayəndələri - AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, REAL Hərəkatından Erkin Qədirli ilə görüşüb. Görüşdə Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus, “Turan” İnfromasiya Agentliyinin direktoru Mehman Əliyev, jurnalist Xədicə İsmayıl da iştirak edib.

Mayın 12-də keçirilən görüş barədə E.Qədirli qəzetimizə təəssüratlarını söylədi. Onun fikrincə, Ollandla görüş çox qısa sürüb: “Tərcümə ilə birlikdə 1 saatlıq görüş çox qısa idi, deyilən fikirlər fransız dilindən tərcümə olunurdu. Qarışıq ortamda idi. Siyasətçilər, jurnalistlər, hüquq müdafiəçiləri də vardı. Mövzu-mövzuya qarışdı. Əsasən həbslərdən danışıldı. Vaxtın xeyli hissəsində bu mövzuya həsr olundu. Görüş istəyənlər də məhz bu mövzuda suallar verirdi”.

E.Qədirlinin fikrincə, əsasən siyasi mövzular ətrafında danışılmalıdır:

“Humanitar məsələlər müzakirə edilməməlidir. O boyda prezident ölkənin müxalifəti ilə görüşürsə, belə görüşlərdə siyasi söhbətlər olmalıdır. Amma vəziyyət belədir ki, ölkədə problemlər çoxdur, ona görə də belə müzakirələr də başadüşüləndir. Daxili gündəmi də həbslər tutur. Siyasi təşkilatların rəhbərləri öz aralarında da görüşəndə həbslərdən danışırlar, hüquq-müdafiə komitələri qurub yardımlaşırlar. Siyasi söhbətlər yoxdur. Açığı, buna görə məyusam”.

Nərgiz


Müəllif: