Xəzər dənizində (İran) zəlzələ qeydə alınıb.
Bu barədə Teleqraf.com-a Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Zəlzələ Lənkəran, Lerik ərazisində 3 baldan artıq hiss olunub.
***
15:16
Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təkanların maqnitudası 4.5 olub.