20 Dekabr 2023 11:28
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 5 ov tüfəngi, 5 qumbara və 146 ədəd patron aşkar edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə rayon sakini qanunsuz saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər