"Prezident İlham Əliyevin Avropa və Qərblə münasibətlərinin gərgin vəziyyətində Almaniyaya səfərini çox vacib və önəmli səfər kimi xarakterizə edərdim. Azərbaycan dövləti indiyə qədər xarici siyasətində müstəqil siyasət aparıb və bu siyasət birbaşa Qərbə inteqrasiya çərçivəsində olub. Bu da birbaşa müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət çərçivəsində olub".
Teleqraf.com-un məlumatına görə, bu fikirləri BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, heç bir ölkə Azərbaycanı özünün forpostu gözündə görə bilməz: "Bunu Azərbycan dövlətindən gözləmək yerisz və mənasızdır. Bunu arzulayan dövlətlər başa düşməlidir ki, Azərbaycan xalqının iradəsi və cəsarəti hesabına bütün dünyaya meydan oxuyan SSRİ kimi bir imperiya dövlətinin süqutu məhz Azərbaycan xalqının 1989-cu ildə başlatdığı milli azadlıq hərəkatının başlamasından sonraya təsadüf edib. Biz müstəqilimizi qanımız hesabına qazanmışıq. Heç bir dövlət bizimlə diqtə ilə danışa bilməz. Azərbaycan istər Qərblə, istərsə də şimal qonşularımızla normal, ikitərəfli qonşuluq siyasətini davam etdirməlidir və heç bir ölkə də Azərbaycana öz iradəsini qəbul etdirə bilməz. İlham Əliyevin bu səfəri bir daha onu deməyə əsas verir ki, Azərbaycanın apardığı xarici siyasət müstəqildir və ikitərfli münasibətlərin normal müstəvidə davam etdirilməsinin tərəfdarıdır".
N.Orduxanlı bu səfərin daxili siyasi qüvvələr tərəfindən də birmənalı qarşılanmadığını qeyd edib:"Prezidentin bu səfərini gözləməyən radikal siyasi düşərgə üçün şok effekti verib. İlham Əliyevin bu səfəri Əli Kərimliyə tərs bir sillə kimi dəyib".
AZAD