13 May 2014 17:40
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün hər şey etməyə hazırdır”. Bunu Fransa prezidenti Fransua Olland Yerevanda Ermənistanın dövlət başçısı Serj Sərkisyanla danışıqların yekunu üzrə bəyan edib.

Fransa prezidenti xatırladıb ki, bu ərəfələrdə atəşkəs sazişinin imzalanmasının 20 ili tamam olub, amma bu, münaqişənin həlli deyil: “Münaqişə davam edir. O, minlərlə insan həyatına son qoyub. Problemin əsl həllini tapmaq lazımdır. Fransa etimad tədbirlərinin möhkəmləndirilməsi yollarının axtarışı üçün Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazırdır”.

F.Olland qeyd edib ki, Fransa həmçinin Ermənistana Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməkdə yardım etməyə hazırdır:

“Avropa İttifaqının Ermənistandakı bir sıra layihələrdə iştirakına nail olmaq üçün Ermənistana fərqli yanaşma lazımdır”.

Səxavət


Müəllif: