Hazırda Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.
Teleqraf.com xəbər verir ki, artıq 1 saatdan çoxdur ki, güclü külək əsməyə başlayıb.
Qəfil başlayan külək səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.
Hazırda bölgədə küləkli hava şəraiti davam edir