25 Dekabr 2023 16:16
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda insan sümükləri aşkarlanıb.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Qubalı Baloğlan kəndinin ərazisindən keçən Pirsaatçay çayı yaxınlığında qeydə alınıb.

Belə ki, kənd sakinlərindən biri təsadüfən çayın yaxınlığındakı qurumuş arxdan keçərkən insana məxsus kəllə, çanaq və digər sümüklər aşkarlayıb. İnsan sümükləri aidiyyəti qurumlara təhvil verilib.

Tarixçilər ərazidə tapılan insan sümüklərinin 31 Mart soyqırımının qurbanlarına aid olduğunu ehtimal ediblər. Onların fikrincə, 1918-ci il Mart soyqırımı zamanı daşnak komandiri Lalayanın dəstəsi tərəfindən rayonun bir sıra yaşayış məntəqələrində olduğu kimi, Qubalı Baloğlan kəndində də dinc əhaliyə qarşı qətliamlar törədilib. O zaman kənddə 500-dən çox dinc sakin qətlə yetirilib.

Tarixçilər hesab edir ki, sözügedən ərazidə arxeoloji qazıntılar aparılsa, kütləvi məzarlığın aşkarlanması qaçılmazdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər