28 Dekabr 2023 17:01
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda sərxoş vəziyyətdə olan şəxsə qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə paytaxt sakini olan bir nəfər müraciət edərib və bildirib ki, rayon ərazisində tanımadığı iki nəfər onun sərxoş vəziyyətdə olmasından istifadə edib mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alıblar.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 1996-cı il təvəllüdlü Tohid Məmmədov 1999-cu il təvəllüdlü İsmayıl Qəhrəmanov saxlanılıblar.

Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.

Faktla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər