Çində 5,3 maqnitudada zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 294 min nəfər əhalisi olan Baiyin şəhərindən 81 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.