Bakıda güclü külək yaşayış binasının damını uçurub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Bakı şəhərinin Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 4 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması və sakinlər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.
Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi texnikanın köməkliyi ilə dam örtüyünün asılı vəziyyətdə qalmış hissəsini kəsib götürərək təhlükəni aradan qaldırıblar.
3