Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 28 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.