Türkiyənin Hatay vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Samandağ bölgəsində olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.
Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib.