13 Yanvar 00:52
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib.

Bölgədə əməliyyatlar davam edir. Türkiyə ordusu terrorçuların sığınacaq, daldalanacaq kimi istifadə etdikləri 29 mövqeyinə, mağaralara zərbələr endirib. Xeyli sayda terrorçu zərərsizləşdirilib.

Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.

Daha əvvəl bildirilirdi ki, terrorçuların hücumu zamanı 8 əsgər şəhid olub, 5 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

***

İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 5 türk əsgəri şəhid olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“12 yanvar 2024-cü il tarixdə “Pençe-Kilit” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa cəhd edən terrorçularla qarşıdurmada 5 qəhrəman yoldaşımız şəhid olub, 3-ü ağır olmaqla 8 qəhrəman yoldaşımız yaralanıb. Yaralılarımız xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb”, - məlumatda qeyd olunub.

Nazirlik 12 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər