15 Yanvar 19:44
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Buryatiya Respublikasında 7,8 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya FHN-in İrkutsk vilayəti üzrə İdarəsi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 20:52-də baş verib. Zəlzələnin mərkəzi Buryatiyanın Saxuli yaşayış məntəqəsindən 58 kilometr aralıda yerləşib. Burada təkanların gücü 7,8 bala çatıb. İrkutskda 3 bal, Olxonsk rayonunda 3-4 bal, Kazaçinsko-Leninsk rayonunda isə 4 bal gücündə zəlzələ olduğu bildirilir.

FHN-in məlumatına görə, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər